100-də çox şagirdin qatıldığı futbol layihəsi bitib

Total
0
Shares
Sumqayıtda keçirilən “Futbol Düşərgəsi” layihəsi yekunlaşıb
Foto Sumqayıt FK

Sumqayıtda keçirilən “Futbol Düşərgəsi” layihəsi yekunlaşıb. Sumqayıt24 bu haqda 21 noyabr tarixində xəbər verir.

Proqram 2 qrup üzrə keçirilib. İkinci qrupa daxil olan uşaqlar “Sumqayıt” Futbol Klubunun bazasında müxtəlif əyləncəli tədbirlərə qatılıblar, onlara müxtəlif oyunlar, müsabiqələr, ekskursiyalar təşkil olunub.

Layihənin sonuncu günündə isə YAP Sumqayıt şəhər təşkilatının binasında bağlanış tədbiri keçirilib. Burada təşkilatın sədri Ramiz Hüseynov, millət vəkilləri Müşfiq Məmmədli və Emin Hacıyev, futbol klubunun prezidenti Riad Rəfiyev, vitse-prezidenti Aydın Xəlilov və digər qonaqlar iştirak ediblər.

Bütün düşərgə iştirakçılarına “Sumqayıt” Futbol Klubunun, həmçinin sponsorların xüsusi hədiyyələri və diplomlar paylanılıb.

Qeyd edək ki, “Paşa Həyat Sığorta” ASC və “İkar-Qrup” MMC-nin (“Kəhriz Su”) sponsorluğu, eyni zamanda “Azərikimya” İB-nin dəstəyi ilə YAP Sumqayıt şəhər təşkilatı və “Sumqayıt” FK-nin təşkil etdiyi layihəyə 100-dən artıq şagird qoşulub.