“Sumqayıt Narkomaniyaya Yox Deyir” adlı görüş 11 nömrəli tam orta məktəbin akt zalında keçirilib. Bu barədə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi məlumat yayıb.
Tədbirdə məktəblilərə narkotik, tütün, alkoqol və digər psixotrop maddələrin mənfi təsiri ilə bağlı danışılıb. Polis İdarəsinin rəisi polis polkovniki Fəqan Azadəliyev Respublikamızda narkomaniya və narkobizneslə mübarizədən məlumat verib. Onun sözlərinə görə, bu ilin 10 ayı ərzində Sumqayıt 30 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə. Bu vaxt ərzində 425 nəfər məsuliyyətə cəlb edilib.
Həmçinin, narkomaniyanın fəsadlarını əks etdirən “Ampula” adlı videoçarx nümayiş olunub, maraqlandıran suallar cavablandırılıb.