31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir baş tutub

Total
0
Shares
Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində “1918-ci il soyqırımlarının tanıdılmasında Heydər Əliyev siyasəti” mövzusunda
Foto Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi

Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində “1918-ci il soyqırımlarının tanıdılmasında Heydər Əliyev siyasəti” mövzusunda konfrans keçirilib. Bu haqda 18 mart tarixində Sumqayıt24 təhsil mərkəzinə istinadən xəbər verir.

Tədbirdə müəllim və tələbə heyəti iştirak edib. Kollektiv əvvəlcə soyqırım hadisələrini özündə əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olub.

Mərkəzin direktoru Gülşən Ömərova ümummilli lider Heydər Əliyevin 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımların ölkə hüdudlarından kənarda tanıdılmasında göstərdiyi misilsiz xidmətləri barədə məlumat verib.

Toplantının sonunda sənədli film nümayiş olunub, tələbələrin sualları cavablandırılıb.