4 nəfərin ölümünə səbəb olan “Əlincə” futbol klubunun prezidentinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası təxirə salınıb

Total
0
Shares
Envato
Envato

Novxanıda törətdiyi qəza ilə 4 nəfəri öldürən “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası təxirə salınıb. Hazırda onun işi Bakı Ağır Cinayətlər Məhkəməsindədir.

Sumqayıt24 Trend-ə istinadən xəbər verir ki, keçirilən iclasın sədri olan hakim İlham Mahmudov bildirib ki prosesi oktyabrın 12-ə təyin edib. Buna səbəb isə qanuna görə, ittiham aktı hazırlıq iclasından azı bir həftə əvvəl təqsirləndirilən şəxsə təqdim olunmalıdır.

Xatırladaq ki, Kəlbəliyev Cinayət Məcəlləsinin 263-1.4 maddəsi ilə ittiham olunur.