4 nəfərin ölümünə səbəb olan şəxs məhkəmədə özünü təqsirli bilmədi

Total
0
Shares
Envato
Envato

Novxanıda sərxoş halda qəza törədən və 4 nəfərin ölümünə səbəb olan Elşad Kəlbəliyev məhkəmədə özünü təqsirli bilməyib. Bu haqda Azərbaycan24 xəbər portalına istinadən yazırıq.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən iclasda prokurorun elan etdiyi ittiham aktında göstərilib ki, Kəlbəliyev ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma maddəsinin tələblərini pozub.

Nəticədə, tərəflər əvvəlcə zərərçəkmiş şəxslərin hüquqi varislərinin dindirilməsinə dair qərar veriblər və növbəti məhkəmə baxışı 5 noyabr tarixinə təyin olunub.

Qeyd edək ki, ölən şəxslərin hüquqi varisləri Elşad ilə barışıblar.