Sumqayıtda Vətən müharibəsinə həsr olunmuş “Zəfər yolu” adlı bilik yarışı keçirilib. Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi birinciliyin məqsədi Vətən müharibəsi qəhrəmanlarının unudulmaması və gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsi idi.
6 komandanın iştirak etdiyi yarışda 1-ci yeri Sumqayıt Könüllü Cəmiyyətinin “Mehrab”, 2-ci yeri Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin, 3-cü yeri isə Gənclərin İnkişaf və Karyera Mərkəzinin “Qisasçılar” komandası tutub. Qaliblər fəxri fərman, medal və hədiyyələr ilə təltif olunublar.