5 medala layiq görülən sumqayıtlı şəhid Aydın Əliyevin anım günüdür

Total
0
Shares
Foto memorial.az
Foto memorial.az

Bu gün, sumqayıtlı “Vətən müharibəsi” şəhidi Aydın Əliyevin anım mərasimi keçirilib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

5 medala layiq görülən Şəhidimiz 9 yanvar 1991-ci il Sumqayıt şəhərində anadan olub. O, müharibə zamanı Füzulinin, Cəbrayılın, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əliyev 7 noyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən yaralanıb və komaya düşüb. O, 2 həftə komada qalandan sonra şəhidlik zirvəsinə ucalıb.

Aydın Əliyev ölümündən sonra – “İgidliyə görə”, “Vətən uğrunda” və “Füzulinin, Cəbrayılın, Xocavəndin azan olunmasına görə” medalları ilə təltif edilib.

O, Sumqayıt şəhidlər xiyabanında dəfn edilib.