522 nömrəli marşrut avtobusu qəzaya uğrayıb

Total
0
Shares
Sumqayıtda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib
Foto Den.az

Sumqayıtda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 20 noyabr tarixində Sumqayıt24 Den.az-a istinadən məlumat verir.

Hadisə 17-ci mikrorayonda qeydə alınıb. 522 nömrəli marşrut avtobusu “Hyundai” markalı avtomobillə toqquşub. Daha sonra avtobus sərnişin dayanacağına çarpılıb. Qəza nəticəsində minik avtomobilində olan sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.