Sumqayıt komandası Reqbi-7 idman növü üzrə Respublika birinciliyində qızıl medala sahib olub. Bu haqda Azərtac məlumat yayıb.
Respublika birinciliyində Sumqayıt, Gəncə, Şəki, Naftalan, Şəmkir, Gədəbəy, Mingəçevir və Qəbələ komandarı iştirak edib. Sumqayıt komandası bütün rəqiblərinə qalib gələrək respublika birincisi olub.
Yarış Gənclər və İdman Nazirliyinin və Azərbaycan Reqbi Federasiyasının təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində keçirilib.