9 noyabr Azərbaycanda Dövlət Bayrağı günüdür

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Bu gün, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı günüdür.

İlham Əliyevin 17 noyabr 2009-cu ildə qəbul etdiyi sərəncamına əsasən, hər il 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Dövlət Bayrağımız 1918-ci ilin bu günündə Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdirdiyi binada qəbul edilib və qaldırılıb. 1991-ci ildən isə müstəqil Azərbaycan Respublikasının rəsmi atributu elan edilən bayrağın göy rəng – türkçülüyü, qırmızı – müasirliyi, yaşıl – islam ideologiyasını ifadə edir.

M.Ə. Rəsulzadə üç rəngli milli bayrağımız haqda söyləmişdir: “Bir dəfə qaldırılmış bayraq, bir daha enməyəcəkdir. Mən buna iman edirəm. Mənim bu imanımı millətlərin qəlbində doğmuş olan əməl günəşi işıqlandırır. Bu günəş bir daha üful etməyəcəkdir…”.

Sumqayıt24 adından bütün oxucularımızı təbrik edirik və daima bayrağımızın yüksəkliklərdə dalğalanmasını arzu edirik!