Avtobusda oğurluq edən Sumqayıt sakini saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyində xəbər paylaşılıb.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş X.Qasımov tutulub. O, Masazır sakini E.Salahovun cibindən 1237 manat oğurlamaqda şübhəli bilinir.