İspaniyanın Sitges şəhərində davam edən dünya çempionatında sumqayıtlı qrossmeyster Şəhriyar Məmmədyarovun bacısı Türkan Məmmədyarova və komanda yoldaşları Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva 1/4 finala vəsiqə qazanıblar.
29 sentyabr tarixində keçirilən A qrupunun son görüşündə millimiz İspaniyaya 3,5:0,5 hesabı ilə qalib gələrək qrupu dörd xalla dördüncü yerdə tamamlayıb.
B qrupunun oyunlarında çıxış edən şahmatçılarımız həm ağ, həm də qara fiqurlarla aşağıda qeyd olunan rəqiblərlə qarşılaşacaqlar:
- Türkan Məmmədyarova – Lela Cavaxişviliyə
- Günay Məmmədzadə – Nana Dzaqnidzeyə
- Gülnar Məmmədova – Nino Batsiaşviliyə
- Ülviyyə Fətəliyeva – Meri Arabidzeyə
Çempionat oktyabr ayının 3-dək davam edəcək.