Sumqayıt şəhərində 15 noyabr tarixindən AQTA epizootoloji monitorinqlərə başlayır. Bu barədə, bu gün 13 noyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Monitorinqi keçirməkdə məqsəd quş qripi ilə bağlı epizootik vəziyyəti qiymətləndirməkdir. Yoxlamalar zamanı Sumqayıtda fəaliyət göstərən iri və kiçik quşçuluq müəssisələrində laborator müayinələr aparılacaq. Həmçinin, təsərrüfatlara baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunub-olunmaması yoxlanılacaq.