Sərvər Bəşirli Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsinə görə qurban kəsib. Sumqayıt24 bu haqda 29 may tarixində xəbər verir.
Bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı Twitter səhifəsində yazıb:
“Cənab Prezidentimizin yenidən seçilməsindən sonra Azərbaycanda qurbanlar kəsildi, dualar edildi. Ölkəmizdə yaşanan dağıdıcı zəlzələ zamanı Azərbaycanda yardım səfərbərliyinin simvoluna çevrilən Sərvər Bəşirli qardaşımız və qohum-əqrəbaları da qurbanlar kəsdilər”.