Sumqayıtda yerləşən “Asan Xidmət” mərkəzinin önündə mobil vaksinasiya punktu fəaliyyət göstərir. Bu haqda bu gün, 30 avqust tarixində Sumqayıt24-ün müxbiri bildirib.
Əldə edilən məlumata əsasən, peyvənd Təcili Tibbi Yardım maşınında canlı növbə şəkilində vurulur. Sözügedən mobil punkt həftə içi 5 gün (bazaretrəsi-cümə günləri) saat 09:00-dan 11:00-12:00-a dək vətəndaşların xidmətində olur və burada Çin istehsalı olan “Sinovac” vaksini mövcuddur.