Azərbaycan avqust ayı ərzində 11 milyon ABŞ dolları dəyərində azot gübrəsi (karbamid) ixrac edib. Bu keçən ilin həmin ayı ilə müqayisədə 48,6 %, yəni 3,6 milyon dollar çoxdur. Bu haqda Sumqayıt24 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Adıçəkilən gübrə 16 yanvar 2019-cu il tarixində istifadəyə verilmiş Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal olunur. Həmin zavodda il ərzində 650-660 min ton istehsal olunan karbamidin 70%-i ixrac üçün nəzərdə tutulub.