Avropa çempionu olan sumqayıtlı futbolçu fəxri ada layiq görülüb

Total
0
Shares
Sumqayıtlı gənc futbolçu “Əməkdar idman ustası” fəxri adına layiq görülüb
Foto Azərbaycan-Futbolu

Sumqayıtlı gənc futbolçu “Əməkdar idman ustası” fəxri adına layiq görülüb. Bu haqda 18 mart tarixində Sumqayıt24 xəbər verir.

Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib. Kollegiyanın qərarı ilə minifutbol üzrə yığma komandanın üzvü olan Mirmehdi Rzayev “Əməkdar idman ustası” fəxri adına layiq görülüb.

Qeyd edək ki, Mirmehdi ötən il yığmamızın tərkibində Avropa çempionu adını qazanıb. M.Rzayev şəhərimizdə yerləşən sexlərin birində çalışır. Lakin futbola olan marağı onu yaşıl meydançalardan uzaq qoymur.