Sumqayıtlı şahmatçı Şəhriyar Məmmədyarov Avropa çempionatında 1-ci lövhədə ilk beşlikdə qərarlaşıb.
Sloveniyanın Çatej şəhərində keçirilən çempionatın 1-ci lövhəsində iştirak edən 30 idmançı arasında Məmmədyarov 4-cü yeri tutub.
Avropa çempionatında kişilərdən ibarət Azərbaycan yığması 5-ci yerə layiq görülüb, qadınlardan ibarət komanda isə bürünc medal qazanıb.