Avtobus zolağı: kameralardan gizlənən sürücülərin diqqətinə

Total
0
Shares
Avtobus zolağına çıxan sürücülərə xəbərdarlıq edilib
Envato

Avtobus zolağına çıxan sürücülərə xəbərdarlıq edilib. Sumqayıt24 bu barədə 21 noyabr tarixində ARB Xəbər-ə istinadən xəbər verir.

Bakı-Sumqayıt yolunda çəkilən zolaq yalnız avtobuslar üçün nəzərdə tutulsa da, ondan digər hərəkət iştirakçıları da istifadə edirlər. Minik avtomobillərinin bəziləri kameralardan yayınmaq məqsədilə avtobusların arxasında gizlənir.

Amma hər şey göründüyü kimi asan deyilmiş. Daşıyıcı şirkətin nümayəndəsi Nizam Rzayev açıqlama verib:

“Avtobuslarımızın ön və arxa hissələrində kameralar var. Bu kameralar yolun hərəkət hissəsini lentə alır. Xüsusi zolağa daxil olmuş avtomobillər də onlar vasitəsilə görüntülənir. Biz bu görüntüləri aidiyyəti dövlət qurumuna təqdim edirik. Görüntülər əsasında, qaydaları pozan sürücülər inzibati məsuliyyətə cəlb edilə bilərlər”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən isə bildirildi ki, hələlik ərazidə olan müşahidə kameralarından əldə olunan görüntülər əsasında cərimələr tətbiq olunur. Cərimənin məbləği 40 manatdır.