Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsinin sədri və Sumqayıt Mərkəzi Kitabxananın direktoru “I Gəncə Kitab Sərgisi”ndə öz kitablarının təqdimatını keçiriblər. Bu haqda bu gün, 29 noyabr tarixində Regional Mədəniyyət İdarəsi məlumat yayıb.
AYB Sumqayıt bölməsinin sədri şair Gülnarə Cəmaləddin və Sumqayıt MKS-nin direktoru Yeganə Əhmədova Gəncə Mərkəzi Kitabxananısında təqdim olunan kitabları kitabxanaya hədiyyə ediblər.