Azərbaycan Milli Qəhrəmanı polkovnik Həmidovun şəhid olmasından bir il ötür

Total
0
Shares
Foto memorial.az
Foto memorial.az

Bu gün, 22 oktyabr tarixində Azərbaycan Milli Qəhrəmanı polkovnik Şükür Həmidovun şəhid olmasından bir il ötür.

İkinci Ordu Korpusunun komandir müavini Həmidov 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlı istiqamətində gedən döyüşlərdə savaşıb.

Ş.Həmidov ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”, Füzulinin, Cəbrayılın və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilib.

1993-cü il avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra Həmidovlar ailəsi Sumqayıt şəhərində məskünlaşıb. Həmidov ailəli idi, 2 övladı yadigar qalıb.