“Sumqayıt” FK Premyer liqanın 4-cü turunun son qarşılaşmasında 7 qat Azərbaycan çempionu “Qarabağ” FK ilə gücünü sınayacaq.
Matç Bakıda “Azersun Arena” stadionunda keçiriləcək. 20 sentyabr, bazar ertəsi baş tutacaq oyunun start fiti saat 19:00-da səslənəcək.
Bu komandalar arasında sonuncu oyun Azərbaycan kuboku çərçivəsində baş tutmuşdur. Yarışmanın 1/4 final qarşılaşmasında “Sumqayıt” təmsilçisi Ağdam klubunu oyun sonrası penalti seriyasında 4-5 hesabı ilə məğlub etmişdir.