“Azərişıq” ASC ilə Sumqayıt Regional Mədəniyyət İdarəsinin (SRMİ) işi Ali Məhkəmədədir. Səbəb isə idarənin elektrik enerjisi sərfiyyatı ilə bağlı toplanan borcudur.
SRMİ-nin mətbuat katibi Əminəxatun Tərlanın Oxu.az-a verdiyi açıqlamaya istinadən, toplanan borc sözügedən idarənin yaranmasından öncə də mövcud idi.
Onun sözlərinə görə, bu borc bundan əvvəl fəaliyyət göstərən Abşeron Mədəniyyət Evinə aiddir. Beləliklə, Mədəniyyət evinin “Azərişıq” ASC-ə 20.478 manat məbləğində borcu var idi. Bununla bağlı SRMİ öhdəçilik daşımır.
Daha öncə, 9 fevral 2021-ci il tarixində bu məsələyə Sumqayıt Apellyasiya məhkəməsində baxılmışdır.