Bu gün, 17 sentyabr “Azərikimya” İstehsalat Birliyində qanvermə aksiyası keçirilib.
Aksiya “20 Sentyabr Neftçilər Günü” Tədbirlər Proqramı çərçivəsində qana ehtiyac duyan insanlara dəstək məqsədilə baş tutub. Proqram çərçivəsində hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara və digər xəstəlikləri olan insanlara 150 nəfər qan verib.
2020-2021-ci illərdə SOCAR əməkdaşlarından 2272 nəfəri qanvermə aksiyasında iştirak edib.