“Azərsu” ASC yeni layihə çərçivəsində Sumqayıtda və ətraf ərazilərdə yeni sayğaclar quraşdırır. Bu haqda qurumun rəsmi saytında xəbər paylaşılıb.
Hal-hazırda işlər sovet dövründə tikilmiş çoxmənzilli yaşayış binalarında və bəzi fərdi yaşayış evlərində aparılır. Belə ki, uzun müddət istismar olunan dik dayaqlar ləğv edilərək pilləkən qəfəsələrinə çıxarılır və hər bir abunəçi sayğacla təmin olunur.
Sentyabr ayından etibarən artıq 3 mindən çox sayğac quraşdırılıb.
Layihə üzrə görüləcək bütün işlər ödənişsizdir. O halda ki, abunəçilərdən hər hansı ödəniş tələb olunarsa, onlar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət edə bilərlər.