“Bağça Şəhər” sakinləri internet provayderini dəyişə bilmirlər

Total
0
Shares
“Sumqayıt Bağça Şəhər”də insanlar internetdən narazıdırlar
Foto açıq mənbələrdən

“Sumqayıt Bağça Şəhər”də insanlar internetdən narazıdırlar. Sumqayıt24 bu haqda 17 oktyabr tarixində xəbər verir.

Yaşayış kompleksinin internet təminatını “Connect” şirkəti ödəyir. Lakin 3 ildir ki, bütün sakinlər internetin zəifliyindən şikayətlənirlər. Onlar digər provayderə qoşulmaq istəsələr də, buna icazə verilmir.

“Kompleksə başqa provayder gətirməyə icazə vermirlər. Bu ay 20-dən çox qonşu ödənişdən imtina edib”, – deyə müraciətdə bildirilir.