Bakı-Quba-Rusiya avtomobil yolunun Ceyranbatan hissəsində təmir-bərpa işləri davam etdirilir

Total
0
Shares
Depositphotos
Depositphotos

Bakı-Quba-Rusiya magistralının 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) təmir-bərpa işlərinin 2-ci hissəsi davam etdirilir. Əraziyə çox sayda işçi qüvvə və xüsusi texnika cəlb olunub.

Beləliklə, yol örtüyünün deformasiyaya uğramış hissələri texnika vasitəsi ilə qaldırılır, yarasız qrunt qazılaraq çıxarılır və əks-dolğu işləri görülərək yol yatağı yenidən qurulur. Yol ayrıcında mövcud olan əyri xətli dəmir tirlər beton arakəsmələrlə əvəz olunub.

“VAZ dairəsi” kimi tanınan ərazidən Ceyranbatan qəsəbəsi istiqamətində 4 kilometrlik hissədə sadalanan təmir-bərpa işləri yekunlaşıb, magistralın qalan hissəsində isə davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir