Bakı-Quba-Rusiya yolunun Sumqayıtdan “VAZ” dairəsinədək olan hissəsində təmir işləri yekunlaşıb

Total
0
Shares
Foto aayda.gov.az
Foto aayda.gov.az

Bakı-Quba-Rusiya magistralının 1-ci hissəsi üzrə Sumqayıtdan “VAZ” dairəsinədək olan hissəsində yenidənqurma işləri artıq bitib. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu gün, 14 oktyabr tarixində məlumat yayıb.

Yolun 30-cu kilometrdən 16-cı km-dək olan hissəsində aparılan təmir-bərpa işləri yekunlaşdırılıb. Hazırda yenidənqurma işləri magistralın 28-30-cu km-lik hissəsində davam edir.

Magistral yolun təmir işləri aparılan 14 km-lik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər də sökülərək, beton arakəsmələrlə əvəzlənib.