Bakı-Sumqayıt yolunda yol ayırıcıları dəyişdirilir

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Bakı-Sumqayıt yolunda mövcud dəmir yol ayırıcıları dəyişdirilir. Bu haqda Sumqayıt24-ün müxbiri məlumat verib.

Hazırda təmir işləri Bakı-Sumqayıt magistral yolun Ceyranbatan qəsəbəsindən keçən hissəsində aparılır. Köhnə dəmir yol ayırıcıları çıxardılaraq əvəzinə beton plitələr quraşdırılır. Əraziyə çoxlu sayda texnika və işçi qüvvəsi cəlb olunub.