Avqustun 6-sı, axşam saatlarından Bakı-Sumqayıt yolunun Ceyranbatan ərazisində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.
Təmir-bərpa işləri aparıldığı üçün yolda bir tərəfli olaraq avtomobil hərəkəti dayandırılıb. Yola yeni asfalt örtüyü çəkilir. Nəticədə sürücülər müvəqqəti olaraq yolun əks hərəkət istiqamətindən istifadə edirlər.