“Baku Steel Company” Sumqayıtda vakansiyalar elan edir

Total
0
Shares
Sumqayıtda “Karyera günləri” keçirilir
Foto Elnara Aliyeva

Sumqayıtda “Karyera günləri” keçirilir. Sumqayıt24 bu haqda 3 noyabr tarixində xəbər verir.

“Baku Steel Company” QSC (BSC) Sumqayıt və Xırdalan şəhərləri, Saray, H.Z. Tağıyev, Masazır, Novxanı və Ceyranbatan qəsəbələrindən olan işaxtaranlara aşağıdakı vakansiyaları təklif edir:

  • Metallurgiya mühəndisi;
  • Avtomatika mühəndisi;
  • Energetika mühəndisi;
  • Mexanika mühəndisi;
  • Proqramçı mühəndisi;
  • Material mühəndisi;
  • Kimya mühəndisi;
  • NÖC mühəndisi;
  • Elektrik montyoru;
  • Çilingər-energetik;
  • Çilingər-mexanik;
  • Çilingər-hidravlik;
  • Çilingər-pnevmatik;
  • Kranlar üzrə çilingər;
  • Tornaçı;
  • Frezerçi;
  • Laborant;
  • Ekskavator operatoru;
  • Yükləyici operatoru;
  • Dartıcı sürücüsü (TIR);
  • Körpülü kran operatoru;
  • Termist;
  • Yayıcı;
  • Qazla kəsici;
  • Qaynaqçı (müxtəlif profilli);
  • Fəhlə;
  • Tibb bacısı.

Qeyd edək ki, “Karyera Günləri” bu gün, noyabrın 3-də başlayıb və ayın 5-dək davam edəcək. İşaxtaranlar şirkətin Sülh küçəsi, 1 ünvanında yerləşən Boruyayma sahəsinin inzibati binasına yaxınlaşa bilərlər.