İdman və akrobati̇ka gi̇mnasti̇kası üzrə 28-ci̇ Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatı keçirilib. Sumqayıt24 bu haqda 17 mart tarixində Gimnastika Federasiyasına (AGF) istinadən xəbər verir.
Milli Gimnastika Arenasında təşkil olunan yarışda 8-9 yaşlı idmançılar mübarizə aparıblar. Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Abuzər Xəlilzadə 3-cü yeri tutub.
“Öz nəticəmi yaxşı hesab edirəm, daha çox çalışmalıyam. Növbəti yarışlarda nəticəmi yaxşılaşdırmağı və bu dəfə alınmayan elementləri daha yaxşı işləməyi planlaşdırıram. Bütünlükdə yarışla bağlı təəssüratlarım çox yaxşıdır”, – deyə doqquz yaşlı Abuzər bildirib.