Baş məşqçi Samir Abasov cəzalandırılıb, klub isə cərimələnib

Total
0
Shares
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov cəzalandırılıb
Foto açıq mənbələrdən

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov cəzalandırılıb. Bu haqda 16 noyabr tarixində Sumqayıt24 xəbər verir.

Buna səbəb 45 yaşlı mütəxəssisisin Premyer Liqanın XIII turunun oyunu (“Sumqayıt” – “Neftçi”) başa çatdıqdan sonra etdiyi qeyri-idman hərəkəti olub.

AFFA İntizam Komitəsi baş məşqçini 1 oyunluq cəzalandırıb, həmçinin senyabrın 19-da təyin edilən 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilən 2 oyunluq şərti cəza üzərinə əlavə edilməklə o, ümumilikdə 3 matçlıq cəzaya məruz qalıb.

“Kimyaçılar” isə 1000 manat cərimələniblər.