“Sumqayıt” basketbol klubu “Neftçi”ni qəbul edib. Sumqayıt24 bu haqda 18 noyabr tarixində xəbər verir.
Azərbaycan Basketbol Liqasının (ABL) 4-cü turunun oyunu Sumqayıt Olimpiya İdman Kompleksində keçirilib. “Neftçi” ev sahibi üzərində 90:73 hesablı qələbə qazanıb. “Sumqayıt”ın ən məhsuldar basketbolçusu Smit Roderik (22 xal, 9 ribaund ), rəqibin heyətində isə Kamran Məmmədov (21 xal, 4 asist) olublar.
Qeyd edək ki, qarşılaşmanı gənclər və idman naziri Fərid Qayıbov və onun müavini Mariana Vasileva, həmçinin “Neftçi” futbol klubunun icraçı direktoru Fərrux Mahmudov və “Sumqayıt” komandasının prezidenti Riad Rəfiyev də izləyiblər.