Sumqayıtda şəhid və qazi ailələri ziyarət edilib. Bu haqda 18 mart tarixində Sumqayıt24 Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Novruz bayramı ərəfəsində idman ictimaiyyəti nümayəndələri şəhid Anar Heydərovun ailəsi və qazilər – Elvin Xəlilov, Tərlan Həmdullayev, Qəhrəman Ağacanov və Tural Cəfərova baş çəkiblər. Görüş zamanı kollektiv şəhidimizin ailə üzvləri və qaziləri bayram münasibətilə təbrik edib və onlara bayram sovqatları təqdim ediblər.
Ziyarət Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı həyata keçirilib.