21 sentyabr tarixində Sumqayıtın 12-ci mikrorayon ərazisində binalardan birinin zirzəmisində kütləvi yarış keçirən Əməkdar məşqçiyə qarşı intizam tədbiri görüləcək. Bu haqda Xeberle.com xəbər paylaşıb.
Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Fuad Aslanovun Oxu.az-a verdiyi açıqlamasında boks müəllimi, Əməkdar məşqçi Anar Baxışovun özbaşına hərəkət etdiyini bildirib. Lakin Baxışovun işdən çıxarılmasından söhbət getmədiyini və ona töhmət veriləcəyini söyləyib.
“Əslində bu, yarış olmayıb. Sadəcə olaraq, dünən digər idman klubunun boksçuları ilə sparrinq görüş olub. Karantin qaydalarına zidd olaraq, çoxlu sayda idmançı orada iştirak edib”,- Aslanov bildirib.
Xatırladaq ki, sözügedən məktəbin boks məşqçisi Anar Baxışov və “Rafael” idman klubunun məqçisi Valeh Əliyev karantin qaydalarını pozduqları üçün saxlanılmışdırlar.