Bu gün Sumqayıtın 72 illiyidir

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

22 noyabr 1949-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib. Hal-hazırda Sumqayıt şəhəri ərazi böyüklüyünə görə Respublikanın 3-cü, əhali sayının çoxluğuna görə isə – 2-ci ən böyük şəhəridir.

Tarixi mənbələrdə ilk dəfə Sumqayıtın adı ingilis səyyahı Berrou tərəfindən 1580-ci ildə qeyd olunmuşdur.

1938-ci ildən etibarən burada sənaye obyektlərinin tikintisi başlamışdır. Sumqayıt şəhərinin ilk sənaye obyekti olan İstilik Elektrik Stansiyası 1941-ci ildə işə düşdü. Sumqayıt ərazisində şəhər yaranmasının ilk faktoru burada tikilən İstilik Elektrik Mərkəzi və Boruyayma zavodu hesab edilir.

1949-cu ildə, Sumqayıta şəhər statusu verilən zaman, burada 17 minə yaxın adam yaşayırdı. 1989-cu ildə şəhərdə 81 millətin nümayəndələri yaşayırdı, onladan azərbaycanlılar, ruslar və ləzgilər çoxluq təşkil edirdi. Həmçinin 1980-ci illərdə şəhər əhalisinin orta yaşı 25 yaş təşkil edirdisə, indi bu göstərici 70 yaşa bərabərdir.

2021-ci ilin statistik məlumatlarına əsasən Sumqayıt şəhərinin əhalisi, Corat və Hacı Zeynalabdin qəsəbələri də daxil olmaqla, 346,4 min nəfər təşkil edir.

Mənbələr: 

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi.
  2. http://sumqayit-ih.gov.az/
  3. Məmmədov R.S., Sadıqov H.Ş. Sumqayıt: tarixdən səhifələr (1930-2000). Sumqayıt-2010.
  4. Həmid Alıyev. Sumqayıt şəhərinin tarixi. Bakı-2011.