Bu gün, 23 noyabr tarixində Sumqayıtın bəzi məhəllə və mikrorayonlarında qazın verilişində məhdudiyyət olacaq. Bu barədə Xeberle.com məlumat yayıb.
Məlumata əsasən, “Şəhər -2” orta təzyiqli qaz kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar saat 10:00- dan 17:00- dək 41 və 44-cü məhəllələr, 3, 4, 8, 9, 10 və 11-ci mikrorayonlarda qaz təchizatı dayandırılacaqdır.