Bu gün, 30 oktyabr tarixində Vətən müharibəsində şəhid olan Vüsal Allahverdiyevin anım günüdür.
Vüsal Füzulinin, Cəbrayılın və Xocavəndin azad edilməsi uğrunda və Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 30 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman şəhid olmuşdur. O, Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.
Vüsal Allahverdiyev ölümündən sonra “Vətən uğrunda” , “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidimizə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.
Vüsal Allahverdiyev 16 avqust 1988-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 1995–2004-cü illərdə Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbdə təhsil almışdır.