Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

Total
0
Shares
milli mətbuat günü,22 iyul milli mətbuat günü,mətbuat günü,azərbaycanda milli mətbuat günü,jurnalistika günü,Əkinçi,Həsən bəy Zərdabi,ilk qəzet
Foto Sumqayıt24

22 iyul 1875-ci ildə Həsən bəy Zərdabi “Əkinçi” qəzetini yaratdı. Bununla milli dövri mətbuatın əsası qoyuldu.

“Əkinçi” qəzeti ayda iki dəfə 300-400 tirajla nəşr edilirdi. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü gördü. Rusiya İmperiyasının senzurası, qəzetə olan təzyiq və rus-türk müharibəsinin başlaması səbəbindən qəzet 29 sentyabr 1877-ci ildə fəaliyyətini dayandırdı.

1991-ci ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün, 22 İyul – Milli Mətbuat Günü kimi qeyd olunur.