Bu gün müsəlman şərqində ilk demokratik dövlətin əsasının qoyulmasından 105 il ötür

Total
0
Shares
Azərbaycan Xalq Cümhuriyyəti 28 may 1918-ci ildə Azərbaycan milli şurasının İstiqlal Bəyannaməsinin tərtibi ilə yaranmışdır
Foto Sumqayıt24

Azərbaycan Xalq Cümhuriyyəti 28 may 1918-ci ildə Azərbaycan milli şurasının İstiqlal Bəyannaməsinin tərtibi ilə yaranmışdır. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk parlamentli respublika idi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Camo bəy Hacınski, Səməd bəy Mehmandarov, Xudadat bəy Rəfibəyli, Əliağa Şıxlinski və digər ziyalılar iştirak ediblər.

Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərdi. AXC-nin fəaliyyəti dövründə dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, dövlət atributları yaradıldı. 1920-ci il aprelin 27-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və respublika süquta uğradı.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra AXC-nin yarandığı 28 May “Respublika Günü” adı ilə milli bayram kimi qeyd edilirdi. 2021-ci ildə bayramın adı dəyişdirilərək “Müstəqillik Günü” adlandırıldı.