Qarakənd faciəsi 1991-ci il noyabr ayının 20-si Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında baş verib. Həmin gün ermənilər “Mi-8” Azərbaycan hərbi helikopterini partladıblar.
Hadisə nəticəsində helikopterdə olan 22 nəfər həlak olub. Onlar ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər və Rusiya-Qazaxıstan sülhməramlıları idi.