Bu gün şəhid Nurlan Ağakişiyevin mövlududur.
Nurlan Ağakişiyev 22 iyul 2002-ci ildə Sumqayıt şəhərində Qarabağ müharibəsinin qazisi Etibar Ağakişiyevin ailəsində anadan olub.
Orta təhsilini Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki 3 nömrəli məktəbdə alıb.
2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Nurlan Vətən müharibəsi zamanı Ağdam rayonu istiqamətində sentyabrın 28-də şəhid olub. Qəhrəmanımız II Fəxri xiyabanda dəfn olunub.
Ağakişiyev ölümündən sonra “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.