Sumqayıtda həftə ərzində keçiriləcək idman yarışlarının siyahısı açıqlanıb. Bu haqda 21 noyabr tarixində Sumqayıt24 Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən həyata keçiriləcək idman tədbirlərin siyahısı aşağıdakı kimidir:
- Basketbol üzrə 2009-2010, 2011-2012-ci il təvəllüdlü oğlanlar arasında şəhər birinciliyi keçiriləcək. Yarış 21-24 noyabr saat 10:00-da 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində baş tutacaq;
- Voleybol üzrə 2007-ci il və daha kiçik təvəllüdlü qızlar arasında şəhər birinciliyi 20 nömrəli tam orta məktəbdə keçiriləcək. Yarış 22-25 noyabr saat 14:00-da baş tutacaq;
- Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş 2005-2008, 2009-cu il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında şəhər birinciliyi “Qarabağ” NN stolüstü tennis bazasında təşkil olunacaq. Turnir 23-24 noyabr saat 10:00-da keçiriləcək;
- “Heydər Əliyev İli” çərçivəsində boks üzrə 2008-2009-cu il təvəllüdlü oğlan və qızlar arasında açıq birincilik 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində baş tutacaq. Yarış 24-27 noyabr saat 14:00-da keçiriləcək;
- Üzgüçülük üzrə 2009-2010, 2011-2012, 2013-2014, 2015-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında şəhər birinciliyi Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunacaq. Turnir 25 noyabr saat 11:00-da keçiriləcək;
- Sərbəst güləş üzrə kiçikyaşlı yeniyetmələr arasında açıq birincilik Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq. Yarış 25-26 noyabr saat 9:00-da keçiriləcək;
- Qılıncoynatma üzrə 2011-2012, 2013-2014, 2015-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında şəhər birinciliyi SDU-nun lll tədris korpusunda baş tutacaq. Yarış 26 noyabr saat 10:00-da keçiriləcək.