“Cəbhədən cəmiyyətə” adlı kitabın təqdimat gecəsi olub

Total
0
Shares
Sumqayıt Heydər Əliyev Mərkəzində “Cəbhədən cəmiyyətə” adlı kitabın təqdimatı keçirilib
Foto Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi

Sumqayıt Heydər Əliyev Mərkəzində “Cəbhədən cəmiyyətə” adlı kitabın təqdimatı keçirilib. Sumqayıt24 bu haqda 25 may tarixində xəbər verir.

Tədbir Dünya Gənc Türk Yazarlar Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) tərəfindən təşkil olunub. Təqdimat gecəsində İcra Hakimiyyətinin nümayəndəsi Tərlan Hacızadə, Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova, “Şöhrət” ordenli şair-pedaqoq Ofelya Babayeva, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət ekspertlər şurasının sədri, tanınmış şair İbrahim İlyaslı, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt filialının sədri Gülnarə Cəmaləddin, GİKM-in direktoru Sevinc Qasımova, tanınmış kitabçı, şair Xan Rəsuloğlu, tanınmış yazıçı Kənan Hacı, gənc şair Elşad Barat, “Vətən Bağı” STİB-nin sədri Emin Tarverdiyev, “Mən vətənəm” kitabında yaradıcılıq nümunələri yer alan qazi yazarlardan Emin Piri, Vüsal Hətəmov, Həsən Kür, Elvin İntiqamoğlu, Nicat Fərman və digər vətən müharibəsi iştirakçıları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Onlar layihə və kitabla bağlı fikirlərini bölüşüblər, burada yer alan şeir və hekayələrin bədii xüsusiyyətlərindən, gənclər üçün faydasından söz açıblar.

Yekunda layihənin həyata keçirilməsində fəal iştirak edən müəlliflər və təşkilatçılar Dünya Gənc Türk Yazarlar Birliyinin diplomları ilə təltif olunublar.

Qeyd edək ki, “Cəbhədən cəmiyyətə” Vətən müharibəsi iştirakçısı olan yazarların müxtəlif janr və məzmunlu yaradıcılıq örnəklərindən ibarət yeni nəşrdir.