Sumqayıt şəhərində zəncirvari qəza qeydə alınıb. Bu haqda 20 noyabr tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Yol-nəqliyyat hadisəsi Cəfər Cabbarlı küçəsində baş verib. “VAZ-2106”, “Toyota” markalı avtomobillər və daha bir nəqliyyat vasitəsi toqquşub.
Əraziyə təcili tibbi yardım avtomobili cəlb edilib. Xəsarət alanların olduğu bildirilir.