Ceyranbatan qəsəbəsində yol qəzası baş verib

Total
0
Shares
Pixabay stock
Pixabay stock

Bakı-Quba-Rusiya yolunun Ceyranbatan qəsəbəsi hissəsində qəza baş verib. Hadisənin görüntüləri bu gün, 4 sentyabr axşam saatlarında sosial şəbəkələrdə yayılıb.

Məlumata əsasən salonunda azyaşlı olan “BMW” markalı avtomobil “Lada Niva” markalı avtomobillə toqquşub. Nəticədə “Niva” beton yol ayrıcısına çırpılıb. Xəsarət alanlar haqqında dəqiq məlumat yoxdur.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub.