Ceyranbatan su anbarına yaxın ərazidə yanğın baş verib. Bu haqda 24 iyul tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Su anbarının ərazisində olan meşə zolağı və ətraf ərazilər yanğından mühafizə edilib. Alov söndürülüb.
Yanğın nəticəsində 5 hektar sahədə quru ot və kol-kos kül olub.