Ceyranbatanda iki mərtəbəli tikilidə yanğın baş verib

Total
0
Shares
Envato
Envato

Ceyranbatan qəsəbəsində yanğın hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 22 oktyabr səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yayılıb.

Yanğın ümumi sahəsi 90 kv.m olan iki mərtəbəli, dəmir konstruksiyadan ibarət tikilidə baş verib. Nəticədə tikilinin polietilen üzlüyü yanıb. Yaxınlıqda olan ağaclıq ərazi mühafizə olunub və alov yanğınsöndürənlər tərəfindən söndürülüb.