Ceyranbatanda təsərrüfat sahəsində yanğın qeydə alınıb

Total
0
Shares
Depositphotos
Depositphotos

Ceyranbatan qəsəbəsində yanğın baş verib. Bu haqda Baku TV xəbər yayıb.

Məlumata əsasən, yanğın təsərrüfat sahəsində baş verib. Orada olan təkərlər və kol-kos yanıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları alovun qarşısını almağa nail olublar. Ərazidə olan digər tikililər yanğından qorunublar.

Daha öncə, 13 avqust tarixində Ceyranbatan su anbarının yaxınlığında 1 hektar sahədə kol-kos və quru ot yanmışdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir